13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi.
14 – 16 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” baş tutdu.
Regionun ən mühüm sənaye tədbirlərindən biri olan bu sərgi bir sıra beynəlxalq sərgiləri birləşdirdi. Tədbir çərçivəsində ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunda yerləşmiş, 17 ölkədən 299 şirkət sərgidə iştirak etmişdir.
Road&Traffic sərgisi
Bu ilin sərgisində “STP-BTECH MMC” 20 kv.m sahəni əhatə edən sərgi stendi ilə yer almışdır.
Sərgi müddətində stend ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. Şirkətin fəaliyyət sahəsi haqqında ziyarətçilərə məlumat verilmiş və onlara promo məhsullar təqdim olunmuşdur.
Sərginin 3-cü günü “STP-BTECH MMC” stendini Daxili İşlər Nazirinin müavini, polis generel-leytenantı cənab İsmət Əliyev ziyarət etmişdir. Ziyarət zamanı, şirkətin fəaliyyət sahəsi, istifadə olunan ən son texnologiyalar və ölkə ərazisində görülən işlər haqqında məlumat verilmişdir.
16 oktyabr tarixində Expo mərkəzənin təqdimat zonasında “Azərbaycanda yol xətt və yol nişanla sisteminin inkşafı” adlı təqdimat ziyarətçilərin diqqətinə çatdırıldı. Səmərəli keçən 3 günün sonunda STP-BTECH, “Road&Traffic” sərgisi tərəfindən “For the best collective stand” nominasiyasına layiq görülərək təltif edildi.