Şəhərdaxili və magistral yolların xətlənməsi

Sürücülük təcrübəsinin təhlükəsiz və komfortlu olması təkcə yol səthinin keyfiyyəti ilə deyil, həm də onun üzərindəki xətlərin dəqiq və davamlı olması ilə birbaşa bağlıdır. Gecə saatlarında, dumanlı və ya əlverişsiz hava şəraitində məhz bu xətlər sürücünü istiqamətləndirir, potensial təhlükələr barədə öncədən xəbərdar edir, yolun harada başlayıb, harada bitdiyini aydın şəkildə göstərir. Yol xətləri sadəcə vizual element deyil, onlar hərəkətin təhlükəsizliyini təmin edən əsas infrastruktur hissəsidir.
Xidmətə daxil olan əsas mərhələlər:
Yol xətlənməsi zamanı istifadə olunan boyalar xüsusi önəm daşıyır. Bu məqsədlə yüksək keyfiyyətli boyalardan istifadə edilir. Hər biri yol şəraitinə və iqlim faktorlarına uyğun olaraq seçilir və tətbiq olunur.
İstifadə olunan boyalar:
- İsti boya (termoplast)
- Soyuq boya
- İki komponentli boya
İsti boya (termoplast)
Yol xətlənməsində “isti boya” adı ilə tanınan bu üsul, boya 200°C-dən yuxarı temperaturda əridilərək asfalt üzərinə xüsusi avadanlıqla çəkilən, üzərinə şüşə kürəciklər səpilən yüksək performanslı yol xətt boyasıdır.
Güclü yapışma qabiliyyəti və davamlı strukturu sayəsində, intensiv nəqliyyat şəraitində belə xəttin qalınlığı, eni və işıq əks etdirmə xüsusiyyəti uzun illər qorunur.
Tətbiq zamanı əlavə olunan şüşə kürəciklər gecə reflektivliyini artırır. Gecə işıqlandırmasında 300–400 Mcd səviyyəsində görünürlük təmin edir. Bu xətlər 1.5–2 mm qalınlıqda olub, xüsusilə sürətli və intensiv yollar üçün nəzərdə tutulub.
Termoplast boya tətbiq olunmazdan əvvəl səth tam şəkildə quru olmalı, toz, yağ və digər çirklərdən təmizlənməlidir. Mexaniki təmizləmə zamanı istifadə olunan süpürgə maşınları, yüksək dövrlü fırçalar və vakuum sistemləri ilə təchiz olunmuşdur ki, bu da çirkləri səthdən həm mexaniki, həm də hava sorulması ilə tamamilə uzaqlaşdırmağa imkan verir.
Ən yaxşı nəticə üçün temperatur minimum 15 °C-dən yuxarı olmalıdır. Bu boyadan əsasən magistral yollar, çox zolaqlı yollar, yüksək sürətli və yüklü yollarda istifadə olunur. Keyfiyyət və davamlılıq baxımından, soyuq boyaya nisbətən daha üstün hesab olunur.
Soyuq boya
Daha tez tətbiq olunan soyuq boya, əsasən şəhər içi yollarda və az hərəkət axını olan ərazilərdə istifadə olunur. Tətbiqi daha sürətli və iqtisadi olsa da, termoplastik xətlərlə müqayisədə ömrü daha qısadır.
Soyuq boya işləri xətt çəkən xüsusi maşınlar və daha kiçik təkərli əl qurğuları vasitəsilə yerinə yetirilir. Bu boyadan əsasən:
- Şəhərlərarası yollar,
- Rayon yolları,
- Hava limanları,
- Sənaye sahələrinin iç əraziləri,
- Dayanacaqlar və
- Velosiped yolları kimi yerlərdə istifadə olunur.
Boya tətbiq olunmazdan əvvəl səth tam şəkildə quru olmalı, toz, yağ və digər çirklərdən təmizlənməlidir.
Soyuq boya üçün optimal nəticə, yol səthinin temperaturunun minimum 20 °C olması ilə əldə edilir. İstisna hallarda, hava 5 °C-dən yuxarı olduqda da tətbiq mümkündür.
Tətbiq ediləcək sahələrdə köhnə boyanın təmizlənməsi tövsiyə olunur. Lakin bəzi hallarda, köhnə boya qatını tam təmizləmək mümkün olmadıqda, yeni boya birbaşa həmin qatın üzərinə də tətbiq oluna bilər. Bu halda səthin stabilliyinə və yeni qatla uyğunluğuna xüsusi diqqət yetirilməlidir.
İki komponentli boya
İki komponentdən ibarət olan bu yol nişanlama boyası, yüksək əks etdirmə qabiliyyətinə malikdir. Komponentlər xüsusi nisbətdə qarışdırıldıqda, kimyəvi reaksiya nəticəsində sərtləşir və tətbiq olunduğu səthə möhkəm yapışır.
Boyanın tərkibi fiziki və kimyəvi təsirlərə qarşı çox davamlıdır. Bu xüsusiyyətləri sayəsində, intensiv nəqliyyat axını olan yollar üzərində belə rəngini, qalınlığını və işıq əks etdirmə gücünü uzun müddət qoruyur.
Yağ, yanacaq və buzlanmaya qarşı istifadə edilən kimyəvi maddələr bu məhsula təsir göstərmir. İstifadə müddəti isə yol örtüyünün növünə və hərəkət sıxlığına görə 12–24 ay arasında dəyişə bilər.
Bu boya növü, yol üzərində təhlükəsizlik və xəbərdarlıq məqsədilə aparılan işarələmələrdə, piyada keçidləri, yavaşlama xətləri, həmçinin şablonlarla tətbiq olunan şəkil və yazılarda istifadə olunur.
Havanın istiliyindən asılı olaraq boyaya 1–2% nisbətində sərtləşdirici əlavə olunur və qarışım tam homojen hala gətirilir. Hazır qarışım xüsusi avadanlıqlar vasitəsilə səthə çəkilir. Daha yüksək reflektivlik üçün şüşə kürəciklər əlavə olunur.
İki komponentli boya, əl ilə tətbiq işlərində geniş istifadə olunur və peşəkar nəticələr verir.

Peşəkar yanaşma və keyfiyyət
Tətbiq proseslərimiz yüksək dəqiqliklə qurulmuş avadanlıq və texnikalar vasitəsilə həyata keçirilir. Termoplastik boyanın tətbiqi zamanı istilik və qarışdırma funksiyalarına malik xüsusi qazana məhsul mərhələli şəkildə əlavə olunur və müəyyən olunmuş temperaturda əridilir. Məhsul lazımi temperatur və homogen qarışım vəziyyətinə çatdıqda, tətbiq üçün nəzərdə tutulan xüsusi avadanlıqlara ötürülür və yol səthinə sprey üsulu ilə tətbiq olunur. Prosesin uğurla aparılması üçün sahədə təcrübəsi olan mütəxəssislər tərəfindən icra olunur.
Şirkətimiz bu sahədə illərlə formalaşmış təcrübəyə sahib olmaqla yanaşı, hər zaman yüksək keyfiyyətli boya və materiallardan istifadə edir. Məhz bu yanaşma sayəsində çəkilən yol xətləri daha davamlı olur və müştəri məmnuniyyətini artırır. Reallaşdırdığımız layihələr və əldə etdiyimiz etibar sayəsində biz bu sahədə etalon kimi qəbul olunuruq və mövqeyimizi davamlı olaraq gücləndiririk.
Şəhərdaxili və magistral yolların xətlənməsi zamanı Kisan ASC, ROADSAN şirkətlərinə, velosiped yollarındakı yaşıl zolaqlarda isə GEVEKO markings şirkətinə məxsus boyalardan istifadə olunur. Tətbiqdən sonra yol 30 dəqiqə ərzində nəqliyyatın istifadəsinə açılır.
Gəlin yolları birgə daha təhlükəsiz edək!
Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.
