Təhlükəsizlik keyfiyyətdən başlayır!

Yol nişanları və yol xətti üçün materialların keyfiyyətinə nəzarət

Məhsullarımız və istifadə etdiyimiz bütün materiallar beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Ən sərt hava şəraitində belə aydın görünürlük və davamlılıq təmin etməklə, istismar zamanı maksimum təhlükəsizlik səviyyəsini təmin edirik.

Yol nişanları üçün istifadə olunan materiallar:


  • İşıqqaytarıcı materialların işığın əks etdirilməsi (I, II, III, IV növləri)
  • Metal dirəklərin möhkəmliyi və korroziyaya davamlılığı (metal, alüminium və s.)
  • Boya və qoruyucu örtüklərin keyfiyyəti
  • QOST, EN və digər beynəlxalq standartlara uyğunluq

Yol xətlərində istifadə olunan materiallar:


  • Termoplastiklərin, soyuq plastiklərin və boyaların aşınma müqaviməti və yapışması
  • Şüşə kürəciklərin işığı əks etdirmə qabiliyyəti və solmaya qarşı müqaviməti
  • QOST, EN və digər beynəlxalq standartlara uyğunluq

Nəzarət üsulları:


  • Güc və davamlılıq üçün laboratoriya testləri
  • Xüsusi ölçmə vastilərilə yoxlamaların aparılması
  • Təchizatçılardan sertifikatların və keyfiyyət pasportlarının yoxlanılması
  • Müxtəlif hava şəraitində çöl sınaqların aparılması

Keyfiyyətə nəzarətin əsasları

Hər bir məhsulda etibarlılıq və keyfiyyətə zəmanət

STP-BTECH MMC yol nişan dirəklərinin (Tip-LTP) istehsalında və qaynaq birləşmələrinin keyfiyyətində yüksək standartlara əməl edir. Beynəlxalq standartlar (ISO 9001, ISO 14001, ISO 45001) və daxili tələblər əsasında qurulan inteqrasiya edilmiş idarəetmə sistemi ilə hər məhsul sifarişçilərin etimadını qazanır.

STP-BTECH MMC müasir avadanlıqlar, təcrübəli mütəxəssislər və beynəlxalq standartlara sadiqliyi ilə hər bir məhsulun etibarlılığını təmin edir. Keyfiyyət — bizim üçün sadəcə standart deyil, öhdəlikdir!

Material seçimi və təminatı


  • Yüksək keyfiyyətli poladların istifadəsi sertifikatlarla təsdiqlənir.
  • Bütün materiallar mənşə sertifikatları ilə təqdim olunur.

Texnoloji proseslərin nəzarəti


  • Kəsim: Termal üsulla kəsilmiş hissələr təmizlənir, kənarları hamar və radiuslu formada hazırlanır.
  • Qaynaq: ISO 15614-1 və AWS D1.1 standartlarına uyğun attestasiyalı qaynaqçılar tərəfindən həyata keçirilir. Qaynaq tikişləri vizual və ölçmə alətləri ilə yoxlanılır.
  • Vizual yoxlama: 100% vizual nəzarət 350 lüks işıqlandırma altında həyata keçirilir.

Qaynar sinkləmə və korroziyadan qorunma


  • Sinkləmə prosesi GOST 9.307-2021 standartına əsasən aparılır.
  • Örtülməmiş sahələr (ümumi səthin 0,5%-dən çox olmamaqla) sink tozu və ya termal püskürtmə ilə ISO 2063-2 standartına uyğun təmir edilir.

Keyfiyyətə zəmanət verən sənədlər


  • Qaynaq proseduru (WPS) və attestasiya sənədləri (PQR)
  • Qaynaqçıların sertifikatları və ölçü yoxlama protokolları
  • Qaynar sinkləmə və vizual yoxlama hesabatları