Ümumiyyətlə, L-T-P Tipli Dirəklər Nədir? L dirəklər əsasən əlavə lövhələri və işarələri saxlamaq üçün 90 dərəcə bucaq altında bükülmüş tək dayaqlı dirəklərdir. T dirəklər T formalı, iki lövhəni birləşdirən dirəklərdir. P dirəklər isə iki və daha artıq lövhəni birləşdirən sadə düz vertikal dirəklərdir.

Hazırlanma prosesi

L-T-P tipli dirəklərin hazırlanması zamanı:

  • Termal üsulla kəsilmiş hissələr təmizlənir, kənarlar hamar və radiuslu hazırlanır.
  • Qaynaq işləri ISO 15614-1 və AWS D1.1 standartlarına uyğun olaraq attestasiyalı qaynaqçılar tərəfindən aparılır.
  • Qaynaq tikişləri vizual və ölçü alətləri ilə yoxlanılır.
  • 100% vizual nəzarət 350 lüks işıqlandırma altında həyata keçirilir.
  • Sinkləmə GOST 9.307-2021 standartına əsasən aparılır.

Lövhələrin montajı

  • Lövhələrin reflektiv materiallarla örtülü olması əvvəlcədən yoxlanılır
  • Montaj zamanı xüsusi klamralar (qısqaclar) və ya vintlər istifadə olunur
  • Lövhələr yola mayilli formada quraşdırılır
  • Yerdən minimum 5 m hündürlükdə olmalıdır
  • Gecə görünüşü və reflektivlik standartlara uyğunlaşdırılır

Quraşdırma mərhələsi

Quraşdırma zamanı aşağıdakı addımlar yerinə yetirilir:

  1. Dirəyin yerləşdiriləcəyi yer layihəyə və təhlükəsizlik normalarına əsasən seçilir
  2. Çuxur eni 1.5 m, uzunluğu 3 m, dərinliyi isə 1.5 m olur
  3. Çuxura drenaj üçün çınqıl əlavə edilir
  4. Dirək yerləşdirilir və sement-betonla sabitlənir
  5. 96 saat beton bərkiməsi gözlənilir
  6. Lazer və ya su səviyyə cihazı ilə şaquli düzülüş yoxlanılır


Gəlin yolları birgə daha təhlükəsiz edək!

Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.

əlaqə saxlayın

+994 10 236 11 22

bizə yazın

info@stp-btech.az

Bizimlə əlaqə

Bizimlə əlaqə saxlayın