STP-BTECH olaraq Azərbaycan avtomobil yollarında şəhərdaxili və şəhərlərarası yollarda sürücülərin qəza zamanı xəsarət almasının qarşısını almaq məqsədilə zərbəuducu yol hərəkəti təhlükəsizlik səddi sisteminin tətbiqinə başladıq.

Bu innovativ sistem toqquşma zamanı zərbənin enerjisini udaraq nəqliyyat vasitəsinə və sürücüyə düşən təsiri azaltmağa xidmət edir. Tətbiq olunan həllər yol infrastrukturunun daha təhlükəsiz və müasir standartlara uyğun şəkildə inkişafına mühüm töhfə verir.