Gəncə şəhərində yol təhlükəsizliyinin artırılması üzrə layihə uğurla tamamlandı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncədə yol təhlükəsizliyi və nəqliyyat nişanları ilə bağlı aparılan işlərin uğurla tamamlanması bizim üçün böyük fəxarət və məmnuniyyət mənbəyidir.
Bu mərhələdə təxminən 170 küçə və prospekti əhatə edən işlər, STP-BTECH MMC tərəfindən yüksək keyfiyyətlə icra olunmuş və şəhər mobilliyinin daha təhlükəsiz, səmərəli və rahat olmasına mühüm töhfə vermişdir. Həmçinin, yol təhlükəsizliyinin artırılması, sürət həddinin düzgün müəyyənləşdirilməsi və s. kimi tədbirlər və tədbiq olunan nişanlar, həm piyada, həm də nəqliyyat vasitələri üçün təhlükəsizlik şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Layihə mərhələli şəkildə digər küçə və prospektlərdə də davam etdiriləcək və bu, Azərbaycanın müasir nəqliyyat infrastrukturunun inkişafına və şəhər yollarının daha etibarlı olmasına ciddi dəstək verəcəkdir. Nəticədə, bu cür layihələr, ölkəmizin nəqliyyat sisteminin beynəlxalq standartlara uyğun inkişafını təmin edəcək və Gəncənin mobilliyini daha da təkmilləşdirəcəkdir.