Ümumdünya Şəhərsalma Forumu (WUF13)
Ümumdünya Şəhərsalma Forumu (WUF) bütün dünyada dayanıqlı şəhərsalma üzrə yüksək səviyyəli konfransdır. 2002-ci ildə öz fəaliyyətinə başlayan forum, dünyanın müxtəlif şəhərlərində təşkil olunur. BMT-nin Məskunlaşma Proqramının (UN -Habitat) İcraiyyə Şurasının 3-cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirləcəyi qərarı qəbul olunmuşdur.
17-22 may tarixlərində Bakıda baş tutan tədbirin məkanı Olimpiya stadionu seçildi. 182 ölkədən 40 000-dən çox iştirakçı qeydiyyatdan keçərək rekord göstərici qeydə alındı.
Olimpiya stadionunda milli motivlər, Qlobal təəssüratlar
Olimpiya Stadionunun ərazisində öz əksini tapan boya rəsimləri tamamilə bizim komandamız tərəfindən icra edilmişdir. Bu unikal işlər, qlobal tədbirin ruhunu əks etdirməklə yanaşı, milli xalça irsimizi, şəbəkə naxışlarını, sahil boyunca dalğalar və məskunlaşma motivlərini özündə əks etdirir. Hər detal diqqətlə hazırlanmış əl işidir və hər bir rəsm Azərbaycan mədəniyyətinin zənginliyini və yaradıcılığını təqdim edir.