TƏHLÜKƏSİZ YOLLARIN ETİBARLI ADI

Təhlükəsizlik, davamlılıq, funksionallıq.


Haqqımızda

Yolların təhlükəsizliyini biz təmin edirik

Təhlükəsiz və dayanıqlı yol infrastrukturu hərtərəfli və strateji yanaşma tələb edir. STP-BTECH MMC olaraq, biz davamlı materiallar, peşəkar layihələndirmə, müasir texnologiyalar və müntəzəm texniki xidmətlərə əsaslanaraq yüksək keyfiyyətli həllər təqdim edirik. Təcrübəmizə və innovasiyaya olan bağlılığımıza güvənərək, yol təhlükəsizliyi sahəsində ölkə üzrə aparıcı və etibarlı tərəfdaş olmağa çalışırıq.

  • Əhatəli xidmətlər
  • Müasir texnologiyalar

XİDMƏTLƏRİMİZ

Yol təhlükəsizliyi üçün kompleks həllər

STP-BTECH MMC şəhərdaxili və magistral yolların xətlənməsi, yol nişanlarının istehsalı, L-T-P tipli dirək və lövhələrin quraşdırılması, təhlükəsizlik səddlərinin quraşdırılması, yol hərəkəti təşkili layihələrin hazırlanması işləri üzrə ixtisaslaşmışdır.

Yol hərəkəti təşkili layihələrinin hazırlanması

Şəhər və magistral yollar üçün hərəkət axınının düzgün təşkili məqsədilə peşəkar nişanlama, svetofor planları və keçid sxemləri hazırlayırıq.

Təhlükəsizlik səddlərinin quraşdırılması

Qəza riskini minimuma endirmək üçün magistral yollar boyunca kinetik enerjini udan, Avropa standartlarına uyğun baryer sistemləri tətbiq edirik.

Yol nişanlarının istehsalı və montajı

Vyana Konvensiyasına və yerli standartlara uyğun olaraq istehsal edilən yol nişanlarını yüksək reflektivlik və davamlılıqla hazırlayır, peşəkar şəkildə quraşdırırıq.

Şəhərdaxili və magistral yolların xətlənməsi

Sürücülərin düzgün istiqamətləndirilməsi və yol təhlükəsizliyinin təmin olunması üçün biz gecə-gündüz görünən, davamlı və yüksək keyfiyyətli xətt nişanlamaları həyata keçiririk.

Niyə məhz biz?

Bizimlə yollar daha təhlükəsiz və etibarlıdır

Peşəkar komandamız, keyfiyyətə verdiyimiz önəm və real nəticələrlə, biz yalnız xidmət göstərmirik — təhlükəsiz gələcək qururuq. Hər layihədə etibarlılıq, dəqiqlik və davamlılıq bizim imzamızdır.

Geniş təcrübə

Biz artıq 200-dən çox layihəni uğurla başa çatdırmışıq – bu da müştərilərimizin bizə olan inamının göstəricisidir. Dövlət və özəl sektorla əməkdaşlıqlarımız geniş təcrübəmizi və operativliyimizi sübut edir.

200+

tamamlanmış layihə

Peşəkar komanda

Komandamız sahəsində təcrübəli mühəndislər, texniki mütəxəssislər və montajçılardan ibarətdir. Hər bir layihədə dəqiqlik, təhlükəsizlik və keyfiyyət əsas prioritetlərimizdir.

250+

komanda üzvü

Yüksək istehsal

İstehsalat sahəmizdə bu günə qədər 10,000-dən artıq məhsul hazırlanıb. Müasir texnologiyalar, davamlı materiallar və ciddi nəzarət ilə uzunömürlü və effektiv həllər təqdim edirik.

10000+

yol nişanı

LAYİHƏLƏRİMİZ

Müxtəlif layihələrimizi kəşf edin

STP-BTECH MMC olaraq, ölkə üzrə yaşayış, sənaye və kommersiya ərazilərində yolların xəttlənməsi, yol nişanlarının yerləşdirilməsi və təhlükəsizlik sədlərinin qurulması, L-T-P tipli dirək və lövhələrin yerləşdirilməsi ilə bağlı müxtəlif yol layihələrini uğurla həyata keçiririk.

Əhmədbəyli–Şuşa - Zəfər yolu

M-1 Bakı–Quba–RF sərhədi avtomobil yolu

Hava Limanı – Azneft dairəsi avtomobil yolu

Böyükşor-Pirşağı-Bilgəh

Gəlin yolları birgə daha təhlükəsiz edək!

Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.

Tez-tez verilən suallar

Sualınız var? Biz cavab verməyə hazırıq

STP-BTECH yol nişanlarının istehsalı, quraşdırılması, yol xəttləmə işləri və yol təhlükəsizliyi üzrə geniş xidmət spektri ilə fəaliyyət göstərir. Layihələrin planlaşdırılmasından icrasına qədər — sizə hər mərhələdə dəstək oluruq.

Azərbaycan ərazisində yol xətlənməsi, yol nişanlarının istehsalı və quraşdırılması, yol təhlükəsizliyi üzrə təhlükəsizlik səddlərinin montajı sahəsində ixtisaslaşmışdır.

STP-BTECH olaraq biz Azərbaycanın bütün bölgələrində fəaliyyət göstəririk. Layihədən asılı olaraq istənilən əraziyə operativ şəkildə xidmət göstəririk.

Peşəkar keyfiyyətə nəzarət komandası və bütün keyfiyyət ölçüm cihazları ilə təchiz olunmuş laboratoriya bu işin icrasını bizim üçün daha asan və səmərəli edir.

əlaqə saxlayın

+994 10 236 11 22

bizə yazın

info@stp-btech.az

Bizimlə əlaqə

Bizimlə əlaqə saxlayın