Xidmətlərimiz

Yol təhlükəsizliyi üçün kompleks həllər

STP-BTECH MMC yol nişanlarının istehsalı və quraşdırılması, yol xətlənməsi, eləcə də təhlükəsizlik sədlərinin montajı sahəsində peşəkar həllər təqdim edir. Şirkətimiz hər layihədə texniki standartlara uyğunluq, keyfiyyət və davamlılıq prinsiplərini əsas götürür.

Şəhərdaxili və magistral yolların xətlənməsi

Sürücülərin düzgün istiqamətləndirilməsi və yol təhlükəsizliyinin təmin olunması üçün biz gecə-gündüz görünən, davamlı və yüksək keyfiyyətli xətt nişanlamaları həyata keçiririk.

Yüksək təzyiqli su jeti ilə xəttlərin silinməsi

Əvvəlki nişanlamaların silinməsi zamanı asfalt örtüyünə zərər vermədən, yüksək dəqiqliklə çalışan su jeti texnologiyası ilə təmiz və təhlükəsiz yol səthi yaradırıq.

Yol nişanlarının istehsalı və montajı

Vyana Konvensiyasına və yerli standartlara uyğun olaraq istehsal edilən yol nişanlarını yüksək reflektivlik və davamlılıqla hazırlayır, peşəkar şəkildə quraşdırırıq.

L-T-P tipli dirək və lövhələrin quraşdırılması

İstənilən yol nişanının və lövhənin stabil və etibarlı montajı üçün L, T və P tipli metal dayaqlar istehsal edir və dəqiq mühəndisliklə quraşdırırıq.

Təhlükəsizlik səddlərinin quraşdırılması

Qəza riskini minimuma endirmək üçün magistral yollar boyunca kinetik enerjini udan, Avropa standartlarına uyğun baryer sistemləri tətbiq edirik.

Yol hərəkəti təşkili layihələrinin hazırlanması

Şəhər və magistral yollar üçün hərəkət axınının düzgün təşkili məqsədilə peşəkar nişanlama, svetofor planları və keçid sxemləri hazırlayırıq.

Tel şəbəkələrin istehsalı

Aşağı karbonlu poladdan, sinklənmiş və davamlı tel şəbəkələr istehsal edirik – hasarlama, inşaat və sənaye ehtiyacları üçün etibarlı həllər təqdim edirik.

NƏ EDİRİK?

Yolların təhlükəsizliyini peşəkarlıqla qururuq

STP-BTECH MMC müxtəlif kateqoriyalar üzrə məhsulların istehsalını həyata keçirir. Müasir texnologiyalardan istifadə etməklə hazırlanan bu məhsullar keyfiyyət və funksionallıq baxımından yüksək standartlara cavab verir. Bundan əlavə, məhsul çeşidimizə satış məqsədilə idxal olunmuş hazır məhsullar da daxildir. 2024-cü il ərzində həyata keçirilən işlərin statistikası aşağıda təqdim olunur.

1000000

artıq xətt nişanlaması uğurla tamamlanıb

7800+

yol nişanı hazırlanıb və quraşdırılıb

50000

metr təhlükəsizlik səddi quraşdırılıb

100%

Ölkədaxili yol təhlükəsizliyi standartlarına uyğunluq