Haqqımızda

200+
tamamlanmış layihə
STP-BTECH MMC
Sürətli və təhlükəsiz yol infrastrukturu üçün etibarlı tərəfdaşınız
STP-BTECH MMC uzun illərin təcrübəsinə malik bir şirkət olaraq, 2024-cü ildən mövcud adı ilə fəaliyyət göstərir. Şirkətimiz Azərbaycan ərazisində yol xətlənməsi, yol nişanlarının istehsalı və quraşdırılması, yol təhlükəsizliyi üzrə təhlükəsizlik səddlərinin montajı sahəsində ixtisaslaşmışdır. Gördüyümüz bütün işlərdə müasir standartlara uyğun xidmət və yüksək keyfiyyət prinsiplərinə sadiq qalırıq.
Xidmətlərimizin icrasında yalnız sertifikatlaşdırılmış boyalardan və müasir texniki avadanlıqlardan istifadə olunur. Yol nişanları ən son texnologiyalar əsasında, elektrostatik rəngləmə (Avery Dennison TraficJetPro digital printer) üsulu ilə istehsal edilir. Gün ərzində 200–300 ədəd yol nişanının istehsalı, istənilən layihəni vaxtında və effektiv şəkildə icra etməyə imkan verir. Uğurumuzun təməlində sahəsində ixtisaslaşmış, geniş təcrübəyə malik və öz işinə böyük məsuliyyətlə yanaşan komandamız dayanır.
Sürətli icra, təhlükəsiz xidmət və uzunmüddətli tərəfdaşlıq — bizim əsas dəyərlərimizdir.

Bizim missiyamız
Azərbaycanın şəhər və rayonlarında yol hərəkətinin təhlükəsizliyini, səmərəliliyini artırmaq məqsədilə müasir texnologiyalara əsaslanan ağıllı həllər təqdim etmək, küçə və prospektlərdə hərəkətin düzgün və təhlükəsiz idarə olunmasını təmin etmək, bu sahədə qüsursuz icra və davamlı inkişaf prinsipinə sadiq qalmaqdır. Biz texnologiyanı şəhər ritminə uyğunlaşdırır, hər küçəni daha ağıllı, hər hərəkəti daha təhlükəsiz, hər marşrutu daha səmərəli etmək üçün çalışırıq.

Gələcəyə baxışımız
Azərbaycan üzrə aparıcı yol nişanları və xəttləmə xidmətləri təchizatçısı olmaq, həmçinin bu sahədə lider mövqeyə yüksəlmək üçün müasir texnologiyalar və innovativ yanaşmalar tətbiq edirik. Bizim məqsədimiz, yol infrastrukturunun daha təhlükəsiz, davamlı və effektiv şəkildə idarə olunmasına imkan verəcək müasir həllər təqdim etməkdir. Eyni zamanda, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və bu tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmaqla, hər iki tərəfin inkişafına və ümumi məqsədlərə çatmağa yönəlirik.

Bizim dəyərlərimiz
Bizim dəyərlərimiz işimizin və gündəlik fəaliyyətimizin əsasını təşkil edir. Bu dəyərlər, işimizin hər mərhələsində, işçi heyətimizdən tutmuş tərəfdaşlarımıza qədər hər kəsin izləyəcəyi prinsipləri müəyyənləşdirir. Bizim üçün keyfiyyət yalnız məhsul və xidmətlərimizin deyil, eyni zamanda işimizdəki hər bir detalın mükəmməl olması deməkdir. Dəqiqlik hər bir layihənin planlaşdırılmasından, icrasına qədər hər mərhələdə vaxtında və düzgün addımlar atmaqla təmin olunur. Peşəkarlıq bizim işimizin dəyərini artıran, müştərilərimizə və iş yoldaşlarımıza olan münasibətimizdən doğan əsas xüsusiyyətlərdən biridir.
Gəlin yolları birgə daha təhlükəsiz edək!
Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.
