Təhlükəsizlik səddlərinin quraşdırılması

Magistral yollarda təhlükəsizlik səddlərinin (baryerlərin) quraşdırılması yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Səddlər əsasən avtomobil yollarının kənarlarında quraşdırılan və qəza riskini azaltmaq məqsədi daşıyan təhlükəsizlik vasitələridir.
Səddlərin məqsədi və funksiyası
Bu səddlərin məqsədi nəqliyyat vasitələrinin qarşı yola çıxmasının, yolun kənarına çıxaraq qəzaların baş verməsinin qarşısını almaqdır.
Xüsusilə təhlükəli döngələrdə və qəza ehtimalı yüksək olan ərazilərdə tətbiq olunur və yol hərəkətində təhlükəsizliyi təmin etməyə kömək edir.
Texniki xüsusiyyətlər
Avtomobillərin kinetik enerjisini udacaq şəkildə layihələndirilir
Quraşdırma zamanı:
- Dözümlülük sinfi,
- Səddin hündürlüyü,
- Montaj məsafəsi – normativ sənədlərə uyğun seçilir
Avtomobilin sürətinə və əraziyə görə fərqli dizaynlar tətbiq olunur
Normativ baza və standartlar
Bu işlər "Yol Hərəkəti Haqqında" Qanun və inşaat norma və qaydaları əsasında tənzimlənir. Eyni zamanda Avropa standartları – EN 1317 əsasında layihələndirmə və sınaqlar aparılır.
Təhlükəsizlik səddi – qəzanın qarşısında görünməyən sipərdir.
STP-BTECH komandası bu sipərləri düzgün, normativlərə uyğun və məsuliyyətlə quraşdırır.
Gəlin yolları birgə daha təhlükəsiz edək!
Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.
