Yol nişanları avtomobil yollarında, küçələrdə və digər nəqliyyat sahələrində hərəkətin tənzimlənməsi, nizamlanması, xəbərdarlıq edilməsi və məlumatlandırılması üçün istifadə olunan vizual işarələr və lövhələrdir. Onlar sürücülərin, piyadaların və digər yol istifadəçilərinin yol şəraitinə uyğun davranışını təmin edir və qəzaların qarşısını almaq üçün çox böyük əhəmiyyət kəsb edir.

Yol nişanlarının funksiyası və hüquqi baza

Yol nişanlarının əsas vəzifəsi hərəkət istiqamətini göstərmək, hərəkəti məhdudlaşdırmaq və ya qadağan etmək, yolda olan potensial təhlükələr barədə xəbərdarlıq etmək, yol şəraitinə və hərəkət qaydalarına dair məlumat vermək, hərəkəti nizamlamaq və yol təhlükəsizliyini artırmaqdır.

Respublikamızda istifadə olunan yol nişanları 1968-ci il Vyana və 1971-ci il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə hazırlanır və tətbiq olunur. Azərbaycan Respublikasının “Yol Hərəkəti haqqında” Qanununun 6-cı maddəsinə əsasən, yol nişanları imperativ xarakter daşıyan normativ hüquqi aktlar kimi qəbul edilir.

Yol nişanlarının təsnifatı

Yol nişanları ümumilikdə 7 növə ayrılır:

  1. Xəbərdarlıq nişanları: Ağ fonda qırmızı çərçivəli üçbucaq formasında olur. Sürücülərə yolda qarşılaşacaqları təhlükələr barədə əvvəlcədən xəbər verir. Sürüşkən yol, kəskin döngə, piyada keçidi və s.
  2. Üstünlük bildirən nişanlar: Sizə digər yol hərəkət iştirakçılarına nisbətdə üstün olmağınız barədə məlumat verir. Bu nişanlara baş yol, ikinci dərəcəli yolla birləşmə, yol ver nişanı və s aiddir.
  3. Qadağan nişanları: Adətən ağ fonda qırmızı çərçivəli dairə formasında olur. Müəyyən hərəkətləri və ya hərəkət iştirakçılarını məhdudlaşdırır və ya tamamilə qadağan edir, məsəslən giriş qadağandır, sürət məhdudiyyəti, dayanmaq qadağandır.
  4. Məcburi hərəkət istiqamət nişanları: Adətən mavi fonda dairəvi formalı olur. Sürücülərə müəyyən istiqamətdə hərəkət etməyi və ya xüsusi hərəkət qaydasına riayət etməyi məcbur edir. Yalnız sağa dönmək, yalnız düz getmək, velosiped zolağı və s.
  5. Məlumatverici-göstərici nişanlar: Adətən mavi fonda düzbucaqlı və ya kvadrat formalı olur. Yol istifadəçilərinə rahatlıq və istiqamət seçimi üçün vacib məlumatlar verir. Zolaqlarda hərəkət istiqamətləri, duracaq yeri, yeralti və yerüstü piyada keçidi və s.
  6. Servis nişanları: Sürücülərə xidmət obyektlərinin mövcudluğu barədə məlumat verən yol nişanlarıdır. Bu nişanlar adətən mavi fonda qara simvollarla göstərilir və yol kənarında yerləşdirilir.Yeməkxana, yanacaq doldurma məntəqəsi, xəstəxana və s.
  7. Əlavə məlumat nişanları: Əsas yol nişanlarının mənasını dəqiqləşdirmək, məhdudlaşdırmaq və ya əlavə məlumat vermək üçün istifadə olunan kiçik ölçülü, ağ fonda qara işarə və ya yazılarla olan nişanlardır. Məsələn, təhlükəli yol qırağı, hərəkət zolağı, yaş örtük, qüvvədə olma vaxtı və s.


Yol nişanlarının faydası

Yol nişanları hərəkətin təhlükəsizliyini artırır, qəzaların qarşısını alır, sürücülərə və piyadalara yol şəraitinə uyğun qərar verməkdə kömək edir. Nizam-intizam yaradaraq yol hərəkəti iştirakçılarının məsuliyyətini artırır.

İstehsal prosesi

Yol nişanlarının istehsalı mərhələləri:

  1. Dizayn və standartlaşdırma: Nişan forması, ölçüsü, rəngi və simvollar beynəlxalq və yerli standartlara uyğunlaşdırılır.
  2. Material seçimi: Alüminium, polad lövhələr, retroreflektiv örtüklər.
  3. Kəsmə və formalaşdırma: Xüsusi ölçülərə uyğun dairəvi, üçbucaq, kvadrat və s. formada kəsilir.
  4. Korroziyaya qarşı mühafizə: Dəmir detallar isti sinkləmə, alüminium isə toz boya ilə örtülür.
  5. Reflektiv plyonka tətbiqi: “Avery Dennison” şirkətinin yüksək keyfiyyətli materiallarından istifadə olunur.
  6. Yığma və qablaşdırma: Bərkidici elementlər əlavə olunur, zərbəyə qarşı qablaşdırılır və daşınmağa hazır vəziyyətə gətirilir.

Keyfiyyət və uyğunluq

Nişanların rəng uyğunluğu, reflektivliyi, möhkəmliyi və korroziyaya qarşı davamlılığı yoxlanılır. Standartlara uyğun olmayan məhsullar istehsaldan çıxarılır.


Gəlin yolları birgə daha təhlükəsiz edək!

Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.

əlaqə saxlayın

+994 10 236 11 22

bizə yazın

info@stp-btech.az

Bizimlə əlaqə

Bizimlə əlaqə saxlayın