7 noyabr 2025-ci il tarixinde “8 Noyabr Zəfər Günü” münasibətilə STP-BTECH şirkətində tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi qeyd olunur.
7 noyabr 2025-ci il tarixinde “8 Noyabr Zəfər Günü” münasibətilə STP-BTECH şirkətində xüsusi tədbir keçirildi. Tədbirin açılış nitqini söyləyən şirkətin növbə rəisi Şıxməmməd Şıxməmmədov, 44 günlük Vətən müharibəsi zamanı baş vermiş mühüm hadisələrdən bəhs etdi. Piada briqadasının hava hücumundan müdafiə rəisi olan polkovnik-leytenant Şıxməmməd Şıxməmmədov, 44 günlük Vətən müharibəsində göstərdiyi hərbi xidmətlərə görə “Ağdamın azad olunmasına görə”, ”Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Tədbirin davamında söz şirkətin İnzibati işlər şöbəsinin müdiri Zaur Nadirova verildi. Artilleriya briqadasının əməliyyat bölmə rəisi olan polkovnik-leytenant Zaur Nadirov, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizin, ordumuzun əsgər və zabitlərinin, hərbiçiləriin şüacətindən danışdı. 44 günlük Vətən müharibəsində göstərdiyi hərbi xidmətlərə görə Zaur Nadirov, “Döyüşdə fərqlənməyə görə”, “Xidmətdə fərqlənməyə görə”, “Ağdamın azad olunmasına görə”, ”Suqovuşanın azad olunmasına görə”və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Tədbirin yekununda STP-BTECH MMC-də çalışan Qarabağ müharibəsi iştirakçılarına,qazilərə hədiyyələr təqdim edildi, onların qəhrəmanlıq nümunələri bir daha vurğulandı. Daha sonra şəhidlər xiyabanı ziyarət edilərək, əziz şəhidlərimizin xatirəsinə əklil qoyuldu. Biz həm zəfərimizi, həm də Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad etdik.