Termoplastik və soyuq boya xətləri, təkər izləri, köhnə və istifadəyə yararsız yol xəttlərinin silinməsi üçün su jeti (2500 bar) texnologiyasından istifadə olunur. Su jeti texnologiyası bu işi həm ekoloji cəhətdən təhlükəsiz, həm də yol örtüyünə zərər vermədən yerinə yetirir.

Texnologiyanın üstünlükləri

  • 2500 bar təzyiqli su ilə effektiv silinmə
  • Asfalt örtüyünə zərər vermir
  • Kimyəvi maddə və istilik istifadə olunmur
  • Çirkli su və tullantılar xüsusi sistemlə toplanır
  • Ekoloji və sağlamlıq baxımından təhlükəsizdir

Necə işləyir?

Yüksək təzyiqli su səthlərdə boyanın effektiv şəkildə silinməsini təmin edir. Asfalt örtüyünün mexaniki sabitliyi qorunur, asfalt örtüyünə heç bir zərər vermir. İstilik və kimyəvi maddə istifadə olunmadığı üçün deformasiya riski minimumdur. Təmizləmə zamanı yaranan çirkli su və tullantılar xüsusi sistemlər vasitəsilə toplanır və müvafiq şəkildə idarə olunur. Bu isə həm ekoloji təhlükəsizliyi, həm də insan sağlamlığını qorumağa imkan verir.


Gəlin yolları birgə daha təhlükəsiz edək!

Yol təhlükəsizliyi ilə bağlı planlarınızı reallaşdırmaq üçün daha çox gözləməyin. STP-BTECH MMC ilə əməkdaşlıq edin – peşəkar xidmət, dəqiq icra və davamlı keyfiyyəti hiss edin.

əlaqə saxlayın

+994 10 236 11 22

bizə yazın

info@stp-btech.az

Bizimlə əlaqə

Bizimlə əlaqə saxlayın