Naxçıvanda yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər.
Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı layihələr uğurla başa şatdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə həyata keçirilən yol infrastrukturunun təkmilləşdirilməsi işləri STP BTECH tərəfindən yüksək peşəkarlıq və müasir texnoloji yanaşmalar əsasında icra olundu.
Layihə çərçivəsində Naxçıvan şəhəri və Muxtar Respublikanın müxtəlif ərazilərində yol nişanlarının quraşdırılması, yol xətlərinin çəkilməsi, piyada keçidlərinin təşkili və yenilənməsi istiqamətində mühüm tədbirlər görülüb. Görülən işlər nəticəsində bu günədək Naxçıvan ərazisində 1091 yol nişanı quraşdırılıb, 385 kilometr yol hissəsində nişanlanma işləri aparılıb, 2259 piyada keçidi təşkil edilib və ya yenilənib.
STP BTECH tərəfindən icra olunan bu layihələr yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, şəhər nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına və Naxçıvanda daha rahat, təhlükəsiz və müasir nəqliyyat mühitinin yaradılmasına xidmət edir.
STP BTECH olaraq ölkənin infrastruktur inkişafına yönəlmiş layihələrdə qabaqcıl texnologiyalar və keyfiyyət standartları ilə fəaliyyətimizi davam etdiririk.